Azerbaijan News

WhatsApp avatar funksiyasını mərhələli ləğv edir

WhatsApp avatar funksiyasını mərhələli ləğv edir

WhatsApp yeni avatar yaratmaq və redaktə etmək imkanını Android və iOS-da mərhələli dayandırır. Göndərilən stikerlər isə silinmir.

WhatsApp tətbiqində istifadəçilərin geniş maraq göstərmədiyi funksiyalardan biri ilə bağlı diqqətçəkən qərar verilib.. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, platforma avatar yaratmaq və onları redaktə etmək imkanını mərhələli şəkildə ləğv etməyə hazırlaşır.. Bu dəyişiklik həm Android, həm də iOS əməliyyat sistemlərini əhatə edəcək.. Yeniliyə əsasən, istifadəçilərin rəqəmsal obrazlarını formalaşdırmağa imkan verən alətlər, profil üzərindən avatar tənzimləmə bölməsi, eləcə də klaviaturada mövcud olan avatar stikerləri yaxın zamanlarda deaktiv olunacaq.. Bununla yanaşı, daha əvvəl göndərilmiş avatar

stikerləri silinməyəcək və mövcud yazışmalarda qalmağa davam edəcək.. Qərarın qüvvəyə minməsindən sonra istifadəçilər artıq yeni avatar yaratmaq və ya mövcud olanları dəyişdirmək imkanından məhrum olacaqlar.

Secret Link