Azerbaijan News

Fransanın dünya çempionatı heyəti və 2026-cı il hədəfləri

Fransa millisi 2026-cı il dünya çempionatına hazırlıqlarını davam etdirir. Baş məşqçi Didye Deşamın açıqladığı 26 nəfərlik heyət və qarşıdakı oyunlar barədə ətraflı məlumat.

Futbol üzrə Fransa millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb.. Milli.Az xəbər verir ki, baş məşqçi Didye Deşam turnir üçün 26 futbolçuya şans verib.. Heyətdə ən çox diqqət çəkən adlar Kilian Mbappe və Usman Dembele olub.. Hər iki ulduz hücum xəttində komandanın əsas ümidləri sırasında yer alıb.. Bununla yanaşı, Eduardo Kamavinqa və Lukas Şevalye yekun siyahıya daxil edilməyib.. Bu qərar azarkeşlər arasında müzakirələrə səbəb olub.. Fransa millisinin heyətində Mayk Menyan, Jül Kunde, Villiam Saliba,Orelyen

Çuameni, Nqolo Kante və Markus Tyuram kimi tanınmış futbolçular da yer alıblar.. Qeyd edək ki, Fransa dünya çempionu adını iki dəfə qazanıb.. Komanda son mundialda finala qədər irəliləmiş, həlledici görüşdə Argentinaya penaltilər seriyasında məğlub olmuşdu.. 2026-cı il dünya çempionatında Fransa yığması qrup mərhələsində Seneqal, İraq və Norveçlə qarşılaşacaq.. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.

Fransa millisi, dünya çempionatı, Didye Deşam, Kilian Mbappe, futbol xəbərləri, 2026 mundial

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha


Secret Link