Azerbaijan News

Ceyhun Bayramov Naxçıvana dron hücumu barədə danışdı

Xarici işlər naziri Naxçıvana dron hücumu ilə bağlı İranla danışıqların detallarını və üçüncü tərəf ehtimalını açıqlayıb.

İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata keçirilib.. Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.. “İrandan Naxçıvana dron hücumu baş verərkən dərhal Azərbaycan tərəfinin buna reaksiya olmuşdur.. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız olmuşdur.. İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olunmuşdur.. O cümlədən

bu məsələ ilə bağlı mən bir neçə dəfə İran xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparmışam.. İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata keçirilib.. Onlar bu məsələnin ciddi şəkildə araşıdırılması barədə Azərbaycan tərəfinə vəd vermişlər.. Bundan sonra bizim hərbçilər xətiilə də təmaslar olub”, – nazir vurğulayıb.

Ceyhun Bayramov, Naxçıvan, dron hücumu, İran, Abbas Əraqçi, diplomatik təmas, Fəxri xiyaban

Secret Link