General News

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

Astroloji təhlillərə görə Oğlaq, Qız, Dolça, Əqrəb və Əkizlər etibarla məsafə saxlayır, qəlblərinə yol vaxt tələb edir.

Astroloji təhlillərə görə, bəzi bürclər emosiyalarını ifadə etmək məsələsində digərlərindən daha ehtiyatlıdırlar.. Onlar üçün etibar hər şeydən öndə gəlir və qarşı tərəfə tam güvənmədən qəlbinin qapılarını açmırlar.. Milli.Az münasibətlərdə zamana ehtiyacı olan, sevgiyə məsafəli 5 bürcü təqdim edir: Oğlaqlar məntiqli və idarəedici strukturu ilə tanınırlar.. Onlar üçün duyğular deyil, reallıqlar önəmlidir.. Münasibətlərdə tam təhlükəsizlik hiss etməyənə qədər hisslərini büruzə verməzlər.. Onların qəlbini qazanmaq səbir və sarsılmaz etibar tələb edir.. Qız bürcü üçün hər şey analizdən

keçməlidir.. Qarşı tərəfi uzun müddət müşahidə edən, detallara diqqət yetirən bu bürc, emosional bağ qurmazdan əvvəl hər şeyin mükəmməl və doğru olduğundan əmin olmaq istəyir.. Onların məsafəsi əslində özlərini qoruma mexanizmidir.. Dolçalar fərdi azadlıqlarına həddindən artıq düşkündürlər.. Ciddi bir münasibətin onların şəxsi məkanını daraldacağından qorxduqları üçün həmişə müəyyən bir məsafə saxlayırlar.. Dolça üçün eşq dostluqdan başlamalıdır; yalnız o zaman qəlbinin qapılarını yavaş-yavaş aça bilər.. Əqrəblər daxilən çox güclü və dərin hisslər yaşasalar da, bunları xaricə

yansıtmaqda çox ehtiyatlıdırlar.. Onlar üçün güvən hissi həlledici amildir.. Xəyanətə uğramaqdan qorxduqları üçün özlərini bir sirr pərdəsi arxasında gizlədirlər.. Onların sevgisini qazanmaq üçün sınaqlardan keçməyə hazır olmalısınız.. Əkizlərin məsafəsi adətən qərarsızlıqdan qaynaqlanır.. Tez-tez dəyişən ruh halı və fikirləri onların bir nəfərə tam bağlanma prosesini uzadır.. “Görəsən bu doğrudurmu?” sualı onların ağlında həmişə dolandığı üçün emosional yaxınlıq qurmaqda tərəddüd edirlər.. Lalə Qüdrətova

eşqdə məsafə, astroloji bürclər, Oğlaq münasibətdə, Qız bürcü analiz, Dolça şəxsi məkan, Əqrəb güvən, Əkizlər qərarsızlıq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha


Secret Link

Warning: foreach() argument must be of type array|object, null given in /home/misryoum/public_html/wp-content/plugins/wp-defender/src/component/class-network-cron-manager.php on line 216