Azerbaijan News

Flik Barselona ilə əməkdaşlığı uzadır

Barselona rəhbərliyi Hans-Diter Fliklə əməkdaşlığın uzadılması barədə razılığa gəlib. Yeni müqavilə 2027/28 sonunadək nəzərdə tutulur.

İspaniyanın “Barselona” futbol klubunun rəhbərliyi baş məşqçi Hans-Diter Flik ilə əməkdaşlığın uzadılması barədə razılıq əldə edib.. Milli.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.. Tərəflər arasında yeni rəsmi müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir.. Sazişin 2027/28 mövsümünün sonunadək qüvvədə olacağı, həmçinin daha bir il uzadılma opsiyasının nəzərdə tutulduğu bildirilir.. 61 yaşlı mütəxəssis 2024-cü ilin may ayından “Barselona”nın baş məşqçisidir.. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionu

olub, iki dəfə Superkuboku, bir dəfə isə ölkə kubokunu qazanıb.. Flik 2021-ci ilin avqustundan 2023-cü ilin sentyabrınadək Almaniya millisinə rəhbərlik edib.. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komanda onun rəhbərliyi altında İspaniya, Yaponiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparsa da, növbəti mərhələyə yüksələ bilməyib.. 2014-cü ildə isə o, baş məşqçi Yoaxim Lövün köməkçisi kimi Almaniya millisi ilə dünya çempionu olub.. Flik həmin vəzifədə 2006-2014-cü illərdə çalışıb.. Bundan əlavə, mütəxəssis Münhen “Bavariya”sında da fəaliyyət göstərib

və bu klubla iki dəfə Almaniya çempionluğunu qazanıb.. O, həmçinin bir dəfə ölkə kuboku, superkubok, “UEFA Çempionlar Liqası” və UEFA Superkubokunun qalibi olub.. 2019/20 mövsümündə Flik treblə yadda qalıb.. Belə ki, o, daxili çempionat və kubokla yanaşı, UEFA Çempionlar Liqasının da qalibi olub.. Mütəxəssis daha əvvəl “Bammental” və “Hoffenhaym” komandalarında da çalışıb.. Xatırladaq ki, bir müddət əvvəl “Barselona”nın “Real Madrid”i məğlub edərək İspaniya çempionu titulunu qoruduğu bildirilmişdi./Oxu.Az

Hans-Diter Flik, Barselona, futbol məşqçisi, müqavilə uzadılması, La Liqa, UEFA Çempionlar Liqası, Almaniya milli komandası

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha


Secret Link