“Sumqayıt” “Araz-Naxçıvan”ı 2:1 məğlub etdi

Misli Premyer Liqasının XXXI turunda “Sumqayıt” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasının XXXI turunda növbəti görüş baş tutub.. Milli.Az xəbər verir ki, “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.. “Sumqayıt”ın heyətində 45+2-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib.. Naxçıvan təmsilçisindən isə 63-cü dəqiqədə Ba-Muaka Simakala qol müəllifi olub.. “Araz-Naxçıvan”ən müdafiəçisi Rahil Məmmədov isə 90+3-cü dəqiqədə avtoqola imza atıb.. Bu nəticədən sonra “Araz-Naxçıvan” 40 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.. 41 xala
malik “Sumqayıt” isə 6-cı pilləyə yüksəlib.. Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Kəpəz” son Azərbaycan çempionu “Sabah”ı (1:0) məğlub edib.. “Qəbələ” -“Qarabağ” matçında 1:1 hesabı qeydə alınıb.. “İmişli” – “Zirə” görüşü isə qolsuz bərabərliklə başa çatıb.. Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
Misli Premyer Liqası, Sumqayıt, Araz-Naxçıvan, 2:1, Ramaliq, Simakala, avtoqol