Qulançar tərəvəzi: Sağlamlıq üçün əsl möcüzə

Qulançarın insan sağlamlığı üçün faydaları, tərkibindəki vitaminlər və müxtəlif xəstəliklərin profilaktikasında rolu haqqında ətraflı məlumat.
Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir.. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir.. Eyni zamanda, tərkibində olan C vitamini kapilyarları möhkəmləndirir və kollagenin yaranmasında mühüm rol oynayır.. Qulançar həmçinin sümüklərin inkişafı və qanın laxtalanması üçün vacib olan K vitamininin yaxşı mənbəyidir.. Onun tərkibindəki fol turşusu xüsusilə hamiləlik dövründə
böyük əhəmiyyət daşıyır.. Bu maddə qan hüceyrələrinin formalaşmasını dəstəkləyir və dölün sağlam inkişafına töhfə verir.. Bundan əlavə, qulançarın diabet riskini azaltdığı da qeyd olunur.. Qulançarın digər mühüm faydalarından biri qaraciyərin qorunmasına kömək etməsidir.. Müntəzəm istifadə alkoqolun qaraciyərə mənfi təsirlərini zəiflədə bilər.. Bişmiş formada isə həzm sistemini tənzimləyir, mədə-bağırsaq problemlərində, o cümlədən xora zamanı faydalı təsir göstərir.. O, həm də bağırsaqda faydalı bakteriyaların artımını stimullaşdıran təbii prebiyotikdir.. Diqqətçəkən məqam isə odur ki, qulançar bişirildikdə də qida
dəyərini böyük ölçüdə saxlayır.. Onu qaynatmaq, qızartmaq və ya buxarda bişirmək mümkündür.
qulançar, sağlam qidalanma, vitaminlər, immunitet, təbii qida, qaraciyər, həzm sistemi