Azerbaijan News

Yaponların məşhur tualeti: tək düymə ilə həm məxfilik, həm şəffaflıq

Yaponiyada quraşdırılan müasir ictimai tualetlər sosial mediada böyük maraq doğurub: istifadəçi qapını bağlayanda şüşə matlaşır.

Yaponiyada quraşdırılan müasir ictimai tualetlər sosial mediada böyük marağa səbəb olub.. Milli.Az xəbər verir ki, texnologiya nümunəsi sayılan bu tualetlər şəhərlərin müxtəlif nöqtələrində istifadəyə verilib.. Ən diqqətçəkən məqam isə onların qeyri-adi quruluşudur.. Belə ki, kənardan baxdıqda tualetin içi tam açıq və şəffaf görünür.. Lakin istifadəçi içəri daxil olub qapını bağladıqdan sonra şüşə kabin bir anda matlaşaraq daxili tamamilə görünməz edir.. Bu innovativ sistem həm təmizlik, həm də təhlükəsizlik baxımından düşünülüb.. Şəffaf vəziyyət tualetin boş və

ya təmiz olduğunu göstərir, qapı bağlandıqda isə məxfilik tam qorunur.. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş yayılaraq izləyicilər arasında müzakirələrə səbəb olub.. Bəziləri bu ideyanı yüksək texnologiyanın uğurlu tətbiqi kimi dəyərləndirsə də, digərləri ilk baxışda qeyri-adi və təəccüblü olduğunu qeyd ediblər.

Secret Link