General News

Bədəninizi alkoqoldan tez təmizləmək üçün sadə üsul

Mütəxəssislər hiperventilyasiya vasitəsilə bədəndəki alkoqolun çıxarılmasını sürətləndirən yeni metod və cihazı təqdim ediblər.

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.. Milli.Az bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır.. Mahiyyəti nədir?. Alimlərin izahına görə, nəfəsi adi haldan təxminən 3 dəfə sürətli etmək etanolun orqanizmdən çıxarılmasını sürətləndirə bilər.. Bunun səbəbi odur ki, alkoqolun bir hissəsi nəfəs vasitəsilə də xaric olunur və sürətli nəfəs bu prosesi gücləndirir.. Bu üsul tam təhlükəsiz hesab olunmur.. Mütəxəssislər qeyd edir ki, başgicəllənmə, əl-ayaqda keyimə,

hətta huşun itirilməsi kimi yan təsirlər yarana bilər.. Ona görə də nəfəsi sürətləndirməyi ehtiyatla etmək lazımdır: dərin və sürətli nəfəs alın başınız gicəllənərsə dərhal dayanın qısa fasilələr verin Xüsusi cihaz da hazırlanıb Tədqiqatın rəhbəri Cozef Fişer bildirib ki, bu prosesi asanlaşdırmaq üçün sıxılmış karbon qazı ilə işləyən sadə bir cihaz hazırlanıb.. Bu cihaz maska və borular vasitəsilə nəfəs prosesini tənzimləyir və ağır alkoqol zəhərlənməsi hallarında da istifadə oluna bilər.. Bu üsul alkoqolun təsirini müəyyən qədər

azaltmağa kömək edə bilər, lakin tam “təmizləmə” kimi qəbul edilməməlidir.. Ən təhlükəsiz yanaşma həmişə ölçülü içki qəbul etmək və orqanizmin təbii şəkildə bərpasına imkan verməkdir.. /Lent.az

alkoqol, detoks, hiperventilyasiya, sağlamlıq, alkoqol zəhərlənməsi, tibbi yenilik

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha


Secret Link